Rusiyanın Ukraynaya hücumunun 48-ci günündə Moskva administrasiyasından yeni qərar gəlib.
NATO baş katibi Stoltenberqin Finlandiya və İsveçi NATO-ya qəbul edə biləcəklərini açıqlamasından sonra hərəkətə keçən Rusiya Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başlayıb.
Bildirilir ki, göstəriş Putinin əmrindən sonra həyata keçirilib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitriy Peskov dünən Moskvada verdiyi açıqlamada, son vaxtlar yenidən müzakirə olunan İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalını dəyərləndirib. NATO-nun münaqişə aləti olduğunu vurğulayan Peskov, "NATO sülh və sabitliyi təmin edən bir ittifaq deyil, Alyans münaqişə alətidir. Alyansın daha da genişlənməsi, şübhəsiz ki, Avropada təhlükəsizliyi artırmayacaq" şərhini verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.