"Mariupolda döyüşlər dərhal dayandırılmalıdır ki, mülki əhalinin təxliyə imkanları olsun".
Bunu BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.
"Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır. İnsanların həyatını xilas etmək üçün hazırda döyüşlərdə fasilə lazımdır. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər", - Avad deyib.
Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.