AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrovla Mirzoyan komissiyanın fəaliyyətə başlamasını müzakirə etdilər

  • + A
  • - A
  • 29-04-2022, 20:40

    Lavrovla Mirzoyan komissiyanın fəaliyyətə başlamasını müzakirə etdilər


    Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın telefon danışığı olub.

    AzadMedia.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar telefon danışığı zamnı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlamasını müzakirə ediblər.

    “Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması və regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün layihə fəaliyyətləri müzakirə olundu”, - məlumatda deyilir.

    Bildirilir ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı da fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR