"Təsəvvür edin, bütün bu məlumatları jurnalistlərdən almasaydıq! Bu, fərqli dünya olardı”.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
“Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi ifadə edə bilmərəm”, – ABŞ rəhbəri vurğulayıb.
Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan dövlət başçısı Ukraynadakı müharibədə yaralanan və ya həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.