AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Google" rusiyalı deputatların hesabını bloklayır

  • + A
  • - A
  • 8-05-2022, 19:20

    "Google" rusiyalı deputatların hesabını bloklayır



    "Google" şirkəti sanksiyalara məruz qalan Rusiya Dövlət Dumasının deputatlarının hesablarını bloklamağa başlayıb.

    Bu barədə Dumanın Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri, deputat Nina Ostaninanın mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, "Google" onun hesabı ilə yanaşı, Youtube kanalını da silib.

    Ostanina tərəfindən alınan "Google" xəbərdarlığında deyilir ki, hesab şirkətin ixrac məhdudiyyətləri və sanksiya siyasətləri səbəbindən ləğv edilib və onu bərpa etmək mümkün deyil.

    Xatırladaq ki, Dövlət Dumasının 328 deputatı martın sonunda ABŞ sanksiyalarına məruz qalıb. Oxşar qərar Aİ, Yaponiya və Böyük Britaniya tərəfindən də qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR