Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etməsi münasibəti ilə qeyd olunan Qələbə Günündə paytaxt Londonda Milli Ordu Muzeyində Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Uolles Rusiya prezidenti Vladimir Putini, onun yaxın çevrəsini və rus generallarını “keçən əsrin totalitar rejimlərinin səhvlərini təkrarlamaqda, 70 il əvvəlki faşizm və tiranlığı əks etdirməkdə” ittiham edib.
O, Putinin nasistləri məğlub etmək üçün vuruşan rus əsgərlərini şərəfsiz etdiyini deyib.
“Putin, onun yaxın ətrafı və generalları ötən əsrin totalitar rejimlərinin səhvlərini təkrarlayaraq 70 il əvvəlki faşizm və tiranlığı əks etdirirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.