AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

  • + A
  • - A
  • 12-05-2022, 18:33

    Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı


    Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin səfirliyin rəsmi saytında “NATO-nun Rusiya sərhədlərində hürməsi və dünyada əsas dezinformasiya mənbəyi haqqında” başlığı ilə dərc olunan məqaləyə görə Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Rumıniyanın strateji məsələlər üzrə dövlət katibi məqalədə Buxarest və NATO-ya ünvanlanan bəyanatlardan narazılığını bildirib.

    Qeyd olunur ki, məqalədə Ukraynadakı vəziyyət fonunda Qərbdə baş verən saxtakar və təxribatçı hallardan bəhs olunur. Xüsusilə də məqalədə Roma Papasının müsahibəsindən götürülmüş "NATO-nun Rusiya sərhədləri yaxınlığında hürməsi Rusiya Federasiyasının reaksiyasına səbəb oldu" sözlərinə istinad olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR