AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Severodonetsk uğrunda döyüşlər davam edir - Baş Qərargah

  • + A
  • - A
  • 19-06-2022, 12:00

    Severodonetsk uğrunda döyüşlər davam edir - Baş Qərargah


    "Severodonetsk istiqamətində vəziyyət çox ağırdır. İşğalçılar atəş açır və gecə-gündüz kəşfiyyat aparırlar."

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayılıb.

    Bildirilib ki, Severodonetsk üzərində tam nəzarətin yaradılması istiqamətində döyüşlər davam edir: "Şəhər istiqamətində işğalçılar Lisiçansk, Borovskoye, Belaya Qora və Ustinovka yaşayış məntəqələri ərazilərini atəşə tuturlar. Belaya Gora yaxınlığında, Mirnaya Dolina və Verxnekamenka bölgəsində raket hücumu həyata keçirilib".

    "Bizim bölmələrimiz Toşkovka qəsəbəsi ərazisində hücumu dəf edib. Düşmən geri çəkilib və yenidən qruplaşır", - Baş Qərargah qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR