Məşhur geyim brendi də Rusiyadan gedir
İspaniyanın "Mango" geyim şirkəti Rusiyadakı fəliyyətini tamamilə dayandırmaq qərarına gəlib.
Bu barədə "La Vanguardia" məlumat yayıb.
"Manqo" Rusiyadakı biznesini təhvil verməklə bağlı bir neçə françayzinq tərəfdaşı ilə razılığa gəlib. Şirkət 55 mağazanın hamısını satıb, lakin satışın məbləği bildirilmir", - məlumatda qeyd olunub.