Porno film həvəskarlarına bəd xəbər: Beyinə ziyandır
Alman alimləri porno film həvəskarları ilə bağlı yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Araşdırma nəticələrinə əsasən, beyindəki stratum adlı hissə porno film izləyən insanlarda kifayət qədər inkişaf etmir.
Berlinin “Charite” universitetinin alimi Simon Kuhn və Jürgen Gallinat 21-45 yaş arası 64 kişiyə porno film izləmək vərdişləri ilə bağlı sual ünvanlayıblar.
Bundan başqa təcrübədə iştirak edənlərin beyinlərinin fiziki böyüklüyünü göstərən məlumatlar da əldə edilib. Bunun sayəsində isə kişilərin beyinlərinin porno görüntülərə verdiyi reaksiyalar müşahidə edilib.