Rusiya ordusu tərəfindən işğal olunan Mariupolda 10 mindən çox mülki şəxs həbs edilib və onların saxlandığı yerlər və sonrakı taleyi məlum deyil.
AzadMedia.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Mariupol şəhər merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.
"Hər həftə Mariupolda təxribatçıların yoxlanılması və axtarışları çərçivəsində onlarla insan saxlanılır... Ümumilikdə, 10 mindən çox Mariupol mülki vətəndaşı işğalçılar tərəfindən həbs edilib və onların saxlandığı yerlər və ya sonrakı taleyi məlum deyil", - o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.