Bu mahnı insanı ölümdən xilas edir — Alimlərdən şok açıqlama
İspan alimləri “Los Del Rio” qrupunun “Macarena” mahnısının insan həyatını xilas etdiyini bildiriblər.
Bu mahnı ürək masajı zamanı çox faydalıdır. “Macarena” mahnısında 1 dəqiqədə 103 ritm var. Məhz döş qəfəsinə bu tezlikdə təzyiq olmalıdır.
Mütəxəssislərin apardığı eksperiment sübut edib ki, tələbələr ən yaxşı masajı bu mahnının sədaları altında ediblər. Mahnını oxuyan qrupda 74% iştirakçı lazımi ritmi tutublar. Digər qrupda isə cəmi 21% iştirakçı tapşırığın öhdəsindən gəlib.