Rusiya sülhməramlıları Qarabağda şücaət göstəriblər.
Bunu RİA Novosti-yə Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini, senator Vladimir Cabarov deyib.
"İnanıram ki, bizim sülhməramlılarımız Qarabağda şücaət göstərdilər, 2020-ci ilin noyabrında qanlı müharibəni dayandırdılar. Amma nə amerikalılar, nə də fransızlar bunu istəmədilər. Bizim sülhməramlılarımız olmasaydı, böyük insan faciəsi baş verərdi", - Cabarov bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan POLITICO Europe-a müsahibəsində Rusiya sülhməramlı kontingentinin Qarabağda üzərinə düşən vəzifəni yerinə yetirmədiyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.