AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin kurort bölgəsində meşə yanğını baş verib

  • + A
  • - A
  • 17-09-2023, 23:29

    Türkiyənin kurort bölgəsində meşə yanğını baş verib

    Türkiyənin Alanya yaxınlığında meşələr yanır. Aviasiya yanğınsöndürmə işlərində iştirak edir. Yerli sakinlər təxliyə edilib.
    Alanya yaxınlığındakı meşədə yanğın söndürülür. Alov Alanyanın mərkəzindən 11 km aralıda Dim bəndinin yaxınlığında, daha dəqiq desək Uzunez mahalında yaranıb.

    Yanğınla həm yerdə, həm də havadan mübarizə aparılır. Yanğınsöndürənlər 15 maşın və üç helikopterdən istifadə edir.

    Son məlumatlara görə, yanğının yayıla biləcəyi beş evin sakinləri təhlükəsiz ərazilərə aparılmalı olub.

    Alanyanın yaşayış məntəqələri və ya otellər üçün heç bir təhlükənin olmadığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR