Ukrayna taxıl idxalına lisenziya vermək üçün Slovakiya ilə razılığa gəlib.
Bu barədə Ukraynanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Polşa və Ukraynanın Kənd Təsərrüfatı nazirləri taxıl məsələsində qarşılıqlı faydalı həll yolunu axtarırlar: "Tərəflər taxıl ticarətini lisenziyalar vasitəsilə tənzimləmək barədə razılığa gəliblər. Bununla belə, lisenziyalaşdırma düzgün işləməyincə, Slovakiya hakimiyyəti sentyabrın 16-da tətbiq edilən qadağanı uzadır. Ukrayna taxılının Slovakiyaya idxalına ilkin məhdudiyyət 2023-cü ilin sonuna qədər davam edəcək".
Slovakiyanın kənd təsərrüfatı naziri Yozef Bires həmkarından Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddiasını geri götürməyi, həmçinin Ukraynada Slovakiya məhsulları ilə ticarəti bərpa etməyi xahiş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.