AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təyyarə nasazlıq səbəbindən tarlaya endi

  • + A
  • - A
  • 22-09-2023, 10:17


    Təyyarə nasazlıq səbəbindən tarlaya endi


    Təyyarə tarlaya eniş edib.
    TASS aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, ekspertlərin ilkin qiymətləndirməsinə görə, Novosibirsk vilayətində əkin sahəsinə qəza eniş edən "Ural Hava Yolları"na məxsus təyyarənin ciddi zədəsi yoxdur və gələcəkdə uçuşları davam etdirəcək.

    Məlumatda bildirilir ki, mütəxəssislər tərəfindən aparılan texniki qiymətləndirməyə əsasən, təyyarə yaxşı vəziyyətdədir.
    Qeyd olunur ki, qəza enişi zamanı mühərriklərdən birinə azacıq torpaq girib, bir neçə mühərrikin ventilyator qanadları da yüngül zədələnib və ön şassəsi işə düşüb.

    Mətbuat xidməti hidravlik sistemlərdən birinin nasazlığının səbəbi müəyyən edilərək aradan qaldırıldığını vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR