Rusiyanın Rostov vilayətində Don Dövlət Texniki Universitetinin alimləri tələbələrlə birlikdə təxminən dörd min il yaşı olan məzarlar aşkar ediblər.
DSTU-nun Arxeologiya və Mədəniyyət Tarixi Departamentinin rəhbəri Sergey Lukyaşko bildirib ki, dəfnlər Don və Kaqalnik çayları arasındakı suayrıcı terras ərazisində yerləşən kurqanda tapılıb.
“Həmin yerdə dörd məzarda beş nəfər dəfn olunub. Məzarlardan birində iki nəfər dəfn olunub. Məzarların tarixi III minilliyin sonundan II minilliyin əvvəlinə qədər olan dövrə aiddir, yəni yaşı 4 min ildən çoxdur”, - deyə Lukyaşko bildirib.
Onun sözlərinə görə, qəbir strukturlarının - katakombaların quruluşu maraq doğurur. Qəbirlərdən kiçik tunc əşyalar və keramika məmulatları aşkar edilib.
Mənbə: TASS
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.