AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Messi 2026-cı il dünya çempionatında iştirak etmək barədə düşünərkən yaşını nəzərə alıb

  • + A
  • - A
  • 4-11-2023, 09:16

    Messi 2026-cı il dünya çempionatında iştirak etmək barədə düşünərkən  yaşını nəzərə alıb

    "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi yaşına görə 2026-cı il dünya çempionatında iştirakının çətin olacağını bildirib. Azadmedia.az xəbər verir ki, argentinalı futbolçunun sözlərini Telegram kanalında jurnalist Fabrizio Romano çatdırıb.

    “DÇ 2026? Həmin vaxt neçə yaşım olacağımı nəzərə alsaq, çətin görünür, amma düşünməyə vaxt var”, Messi deyib.

    Xatırladaq ki, oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazandı.

    Messi 2022-ci ilin dekabrında Argentina millisi ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın Paris Saint-Germain klubunda oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. Avqustun 20-də forvard Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. "İnter Mayami"də keçirdiyi 14 oyundan sonra Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

    Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən maliyyə məhdudiyyəti qoyulduğu üçün yeni müqavilə bağlanmadı və argentinalı azad agentə çevrildi. O, qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR