Tehranın İsrailə zərbələri zamanı Amerika qoşunlarına və ya Yaxın Şərqdəki hədəflərinə heç bir hücum olmayıb.
Bu barədə şənbə günü ABŞ prezidenti Co Bayden bildirib.
O, ABŞ-nin buna baxmayaraq sayıq qalmaq niyyətində olduğunu vurğulayıb.
"Bu gün qüvvələrimizə və ya obyektlərimizə hər hansı hücum görməsək də, bütün təhdidlərə qarşı ayıq qalacağıq və xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik", - deyə Bayden bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.