Dünya birliyi daha bir müharibəyə dözə bilməz.
Bunu BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailə hücumu ilə bağlı deyib.
“Mən regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin təşvişə düşürəm. Bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və Yaxın Şərqdə bir çox cəbhədə genişmiqyaslı hərbi toqquşmalara səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıram. Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir müharibəyə tab gətirə bilməz”, - Quterreşin bəyanatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.