Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə beş mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, 13 yaralının vəziyyəti ağırdır.
Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.