Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib.
Daha öncə səsvermənin vaxtı 20:00-a kimi uzadılmışdı.
Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.