ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilməli və öz yerini Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisə verməlidir.
Azadmedia.az xəbər verir ki, bu fikri iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times” qəzeti üçün köşə yazısında bildirib.
Belə ki, o Baydenin ABŞ prezidenti kimi xidmətlərini yüksək qiymətləndirərək, infrastruktura, yüksək texnologiyalara və yaşıl enerjiyə böyük sərmayə qoyuluşunu qeyd edib. “Baydenin iqtisadi siyasətinə qarşı sərt hücumlar axmaqdır”, - deyə Kruqman yazıb.
Eyni zamanda, Nobel mükafatı laureatı ABŞ-ın sabiq prezidenti Donald Trampın vədlərinin tez-tez “zarafata çevrildiyinə” diqqət çəkib. Bununla yanaşı, vurğulayıb ki, Baydenin hər bir “danışıq və ya fiziki səhvi" qabardılaraq onunla "pis rəftar" davam etdirilir.
Kruqmanın sözlərinə görə, ötən ay keçirilən prezidentlik debatı Amerika xalqına Baydenin və Trampın kim olduqlarını göstərdi. Lakin Bayden bu sınaqdan keçə bilmədi. ABŞ-ın hazırkı prezidenti özü barədə mənfi təəssüratı yumşaltmaq üçün uğursuz televiziya debatından sonra daha tez-tez ictimaiyyət qarşısına çıxa bilərdi, lakin “nədənsə bunu etmədi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.