Amerikalı milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasına yüksək məbləğdə ianə edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Belə ki, İlon Maskın Donald Trampın yenidən prezident seçilməsi üçün ABŞ-ın Siyasi Fəaliyyət Komitəsinə nə qədər pul bağışladığı açıqlanmayıb.
Qeyd edək ki, Tramp mart ayında İ.Mask da daxil olmaqla, bir sıra iş adamları ilə görüşüb. Görüşdən sonra Mask heç bir prezidentliyə namizədə yardım etmədiyini demişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.