Gürcüstanda bu gün keçirilən parlament seçkilərində saat 20:00-a olan məlumata görə, seçici fəallığı 58,94% təşkil edib. Yəni 2 060 412 nəfər səs verib.
Azadmedia.az xəbər verir ki. bu barədə məlumatı Gürcüstan MSK-nın mətbuat katibi Natiya İoseliani deyib.
Belə ki, onun sözlərinə görə, səsvermə prosesi əsasən sakit və təhlükəsiz şəraitdə başa çatıb, bəzi hallarda insidentlər və texniki səhvlər də qeydə alınıb.
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 18 partiya mübarizə aparır. Əsas rəqabət Gürcü Arzusu və müxalif Milli Birlik Hərəkatı arasındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.