AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP29-un Azərbaycanda keçirilməsi mühüm beynəlxalq hadisədir

  • + A
  • - A
  • 28-10-2024, 12:40

    COP29-un Azərbaycanda keçirilməsi mühüm beynəlxalq hadisədir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev carı ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında qeyd etmişdir ki, “Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”.

    Mahiyyət etibarı ilə nüfuzlu beynəlxalq forumun öləmizdə gerçəkləşməsi sülh prosesinin və diplomatik danışıqlarda mürəkkəb məsələlərin müzakirəsi və həlli istiqamətində irəliləyişin nəticəsidir. Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra post-münaqişə dövründə siyasi gündəliyinin mərkəzinə məhz sülh təşəbbüslərini daşımışdır. Baxmaraq ki, Azərbaycan qalib dövlətdir, məhz ölkəmiz beynəlxalq hüququn hamılıqla tanınan fundamental prinsiplərinə uyğun Ermənistanla böyük sülh sazişinin bağlanması təklifini irəli sürmüşdür.

    Şübhəsiz ki, Azərbaycanın sülhsevərliyi qlobal miqyasda diqqətsiz qalmamışdır. Baxmayaraq ki, COP20-un mövzusu əsasən maliyyə məsələləri olacaq, Azərbyacan eyni zamanda ev sahibi ölkəsi olaraq beynəlxalq gündəliyə mühüm ələvələr edə bilər və bu sırada ən önəmli məsələlərdən biri də sülh məsələsidir. Bu bütövlükdə Cənubi Qafqaz regionu üçün ən mühüm problemdir və davamlı beynəlxalq təhlükəsizliyin bərqərar olunmasına xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR