Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ilə növbəti dəfə Azərbaycan hədəf göstərilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Avropa Parlamenti bununla artıq öz anti-Azərbaycan xislətini göstərib. Bundan sonra Milli Məclis öz sərt münasibətini bildirib və mətbuatda dərc olunub. Avropa Parlamenti bu kimi davranışlarla dövlətimizin suverənliyinə meydan oxuyur”,- deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.