AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

  • + A
  • - A
  • Bu gün, 18:58

    Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

    Prezident İlham Əliyev Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

    Dövlət başçısı Azərbaycanda rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması məqsədilə qərara alıb:

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, qurum beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

    Eyni zamanda, həm “AzerGold”, həm də Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR