AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur

  • + A
  • - A
  • 3-01-2025, 13:44

    Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbyacan Respublikasının Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə edilən və artıq qüyyəyə minmiş dəyişikliyə əsasən “xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər”. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Fərmanına əsasən Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
    Yuxarıda qeyd edilən miqrasiya qaydalarına edilən dəyişiklik beynəlxalq praktikada – istər dövlətlərarası diplomatik münasibətlərdə, istərsə də beynəlxalq-hüquqi təcrübədə tətbiq edilən qarşılılıq prinsipindən irəli gəlir.
    Belə bir fundamental yanaşmanın əsasını müəyyən etmək üçün bir sıra hüquqi sənədlərə müraciət etmək olar. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin suveren bərabərliyi və əməkdaşlıq prinsipini təsbit edir və bu müddəadan çıxış edərək hər bir dövlət qeyd edilən bərabərliyin təmin edilməsi üçün dövlətdaxili və beynəlxalq hüquqi instrumentlərdən istifadə edə bilər. Əgər hər hansı bir dövlət Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə ölkəmizin tətbiq etdiyi qaydalardan fərqli normalar müəyyən edirsə, bu halda imperativ jus cogens xarakteri daşıyan suveren dövlətlərin bərabərlik prinsipindən çıxış edərək, milli qanunvericilikdə analoji yanaşma müəyyən olunmalıdır və Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə edilən dəyişiklik buna hüquqi təminat yaradır.
    Qarşılılıq prinsipi beynəlxalq-hüquqi təcrübədə bir çox sahələrdə - cinayət törətmiş şəxslərin verilməsi, ekstradisiya və cinayət işlərinə dair hüquqi yardım sahəsındə, beynəlxalq xüsusi hüquqda, dövlətlərin yürisdiksiya immunitetlərinin tətbiqi məsələlərində və sairə müstəvidə özünü biruza verir. Digər sözlərlə, qarşılılıq prinsipi iki və ya daha çox dövlətin biri biriləri ilə münasibətlərində əlverişli hüquqi rejimin tətbiq olunmasını nəzərə tutur və hüquqi müstəvidə qarşılıqlı maraqlar balansını təmin edir.
    Qeyd edilən prinsipin miqrasiya sahəsində istifadəsi əhəmiyyətli xarakter daşıyır və Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə digər dövlətlər tərəfindən tətbiq edilən rejimlər həmin dövlətlərin vətəndaşları üçün analoji qaydada qüvvədə olacaq.
    Məsələn, Rusiya Federasiyasının 8 avqust 2024-cü il tarixli 260 saylı federal qanununa uyğun olaraq, 1 yanvar 2025-ci ildən əcnəbilərin Rusiya ərazisində vizasız olma müddəti il ərzində 90 qünə bərabərdir. Əvvəllər isə bu müddət 180 qün ərzində 90 qün nəzərdə tutulurdu və yeni qaydaya uyğun həmin müddət iki dəfə azaldıldı. Belə olan halda eyni qaydaların Azərbaycan ərazisinə daxil olan Rusiya vətəndaşları üçün müəyyən edilməsi barəbərlik və qarşılılıq prinsipinin mahiyyətindən irəli gəlir. Ümümiyyətlə ölkəmizin ərazisində hər hansı bir dövlətin vətəndaşlarına münasibətdə müvafiq miqrasiya qaydalarının tətbiqi bizim vətəndaşlarımız üçün həmin dövlətlər tərəfindən müəyyən edilən hüquqi rejimə mütanasib xarakter daşıyacaq.
    Həmçinin xatırlatmaq istərdim ki, hazırda Müstəqil Dövltlər Birliyinin vətəndaşları ölkəmiz tərəfindən 6 may 1997-ci il tarixində müvafiq qeyd-şərtlə qoşulduğu 9 oktyabr 1992-ci ildə Bişkek şəhərində imzalanan Sazişin 1-ci maddəsinə əsasən şəxsiyyəti və ya vətəndaşlığı təsdiq edən sənədlər əsasında iştirakçı dövlətlərin ərazilərinə vizasız daxil ola, hərəkət edə və bu əraziləri tərk edə bilərlər. Ancaq, dövlətin ərazisində vizasız olma müddətlərinin müəyyən edilməsi Saziş iştirakçılarının səlahiyyətlərinə aiddir və Azərbaycan Respublikası öz süveren kompetensiyasından beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplərə əsasən və milli maraqlarımıza uyğun olaraq istifadə hüququnu özündə saxlayır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR