AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TANAP-la daşınan qazın həcmi AÇIQLANDI

  • + A
  • - A
  • Dünən, 12:32

    TANAP-la daşınan qazın həcmi AÇIQLANDI

    TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istismara verilən gündən 01 yanvar 2025-ci il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.

    Bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov "SOCAR Türkiye"nin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.  

    O, qeyd edib ki, TANAP-la nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bunun da  30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR