AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış ekspert həbs edildi

  • + A
  • - A
  • Dünən, 16:08

    Tanınmış ekspert həbs edildi

    İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyev həbs edilib.

    Bununla bağlı İKT üzrə mütəxəssis Osman Gündüz paylaşım edib. O, işin təfərrüatı ilə bağlı əlavə məlumat verməsə də, şəxsin ittihamı qəbul etmədiyini yazıb.

    Əldə etdiyimiz məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.

    İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.

    Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

    İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.

    Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.

    Qafqazinfo


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR