Laçında yük avtomobili aşıb.
Rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə Laçın rayonun Pircahan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.