AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin razılığı dövlət siyasətinin göstəricisidir”

  • + A
  • - A
  • 5-11-2025, 19:13

    Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin razılığı dövlət siyasətinin göstəricisidir”

    8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ərəfəsində millət vəkili Məşhur Məmmədov hər zaman olduğu kimi şəhid ailələrinin yanında olub. Deputat qeyd edib ki, qələbəmizin əldə edilməsi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad etmək və onların ailələrinə baş çəkmək artıq bir ənənəyə çevrilib.

    Bu dəfə millət vəkili YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev və köməkçiləri ilə birlikdə II Yeddioymaq İƏD-ə daxil olan I Yeddioymaq və Qasımlı kəndlərində şəhidlərimizin məzarlarını ziyarət edib, ailələri ilə görüşüb.

    Deputat Məşhur Məmmədov bildirib ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onların ailələrinə göstərilən hörmət və diqqət dövlət siyasətimizin əsas istiqamətlərindəndir. Görüş zamanı ailələrin dövlətin qayğısından razı olduqlarını məmnunluqla ifadə etmələri deputatın xüsusi vurğuladığı məqam olub.

    “Bu razılıq təkcə maddi təminatla bağlı deyil, həm də mənəvi dəyərlərin qorunması və şəhid adının uca tutulmasından qaynaqlanır. Şəhidlərimizin ailələri daim dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Bizim ən böyük borcumuz onların müqəddəs xatirəsini yaşatmaq və ailələrinə sahib çıxmaqdır”, – deyə millət vəkili qeyd edib.

    Millət vəkili şəhidlərin ruhuna Allahdan rəhmət, ailələrinə səbir diləyib:
    “Vətən uğrunda canından keçən hər bir şəhidin ailəsi bizim üçün əziz və dəyərlidir. Onların qəhrəmanlıqları, Vətən sevgiləri hər zaman qürur mənbəyimizdir.”












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR