AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nigeriya və Niger Bakıdakı çempionata vəsiqə qazandı

  • + A
  • - A
  • Bu gün, 11:02

    Nigeriya və Niger Bakıdakı çempionata vəsiqə qazandı


    Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatıb. Turnir 5–8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb.

    Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlib və Afrika Çövkən Çempionatının qalibi adını qazanıb.

    Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunub:

    1-ci yer – Nigeriya
    2-ci yer – Niger
    3-cü yer – Qana
    4-cü yer – Misir

    2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanıblar. Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.

    Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunub və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR