AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: "Bu Zəfər, Azərbaycan xalqının birliyinin, ordumuzun rəşadətinin, Ali Baş Komandanın qətiyyətinin nəticəsidir"

  • + A
  • - A
  • 10-11-2025, 15:38

    Millət vəkili: "Bu Zəfər, Azərbaycan xalqının birliyinin, ordumuzun rəşadətinin, Ali Baş Komandanın qətiyyətinin nəticəsidir"

    Noyabrın 8-də Qaradağ rayonunda yerləşən “Bosh Şelf” şirkətində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir şirkətin Baş direktoru Nazim Hüseynovun təşkilatçılığı ilə baş tutub.

    Tədbirdən əvvəl millət vəkili Aydın Hüseynov, şirkətin rəhbərliyi və kollektivi Qaradağ rayonunda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Onlar Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, onun qurucusu olduğu müstəqil Azərbaycanın bu gün qazandığı Zəfərin ideoloji və siyasi əsaslarının məhz Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayıblar.

    Tədbirdə millət vəkili Aydın Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, şirkət əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

    Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Millət vəkili Aydın Hüseynov çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdi, dövlətimizin suverenliyi və milli qüruru əbədiləşdi:

    “Bu gün biz böyük fəxarətlə Zəfər Gününü qeyd edirik. Bu Zəfər, Azərbaycan xalqının birliyinin, ordumuzun rəşadətinin, Ali Baş Komandanın qətiyyətinin nəticəsidir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı bu torpaqlarda əbədi iz qoyub. Dövlətimiz onlara hər zaman ehtiramla yanaşır və bu dəyərlər gələcək nəsillər üçün də ən böyük nümunə olacaq.”



    Deputat çıxışında həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin Azərbaycanın gücünü və iradəsini göstərdiyini vurğulayıb.

    “Bu gün azad edilmiş torpaqlarda yeni şəhərlər, kəndlər, infrastruktur layihələri inşa olunur. Bu, həm şəhidlərimizin ruhuna ən böyük ehtiram, həm də xalqımızın yenilməzliyinin simvoludur,” – deyə Aydın Hüseynov əlavə edib.


    Tədbirdə şirkətin Baş direktoru Nazim Hüseynov çıxış edərək bildirib ki, “Bosh Şelf” kollektivi hər zaman dövlətçiliyə sadiq, milli dəyərlərə bağlı insanlardan ibarətdir. O, qeyd edib ki, şirkət əməkdaşları Zəfər Gününü böyük qürur və sevinc hissi ilə qarşılayır, Vətən uğrunda canlarını fəda edən qəhrəmanları daim minnətdarlıqla xatırlayırlar.

    Sonda tədbir iştirakçıları şəhid ailələri ilə görüşüb, onların qayğı və ehtiyacları ilə maraqlanıblar.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR