AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bel ölçüsünün artması diabet riskini necə yüksəldir? – Həkimdən vacib xəbərdarlıq

  • + A
  • - A
  • 17-11-2025, 08:35

    Bel ölçüsünün artması diabet riskini necə yüksəldir? – Həkimdən vacib xəbərdarlıq

    Qadınlarda bel ölçüsünün 80 sm-dən, kişilərdə isə 94 sm-dən çox olması diabet riskinin artdığını göstərə bilər. Bunu “Gazeta.Ru”ya “Bud Zdorov” klinikasının həkim-endokrinoloqu, dietoloq Kseniya Merkulova bildirib.

    Mütəxəssisin sözlərinə görə, metabolik sindrom – qarın boşluğunda daxili orqanların ətrafında toplanan visseral yağın artması, nəticədə periferik toxumaların insulinə həssaslığının azalması və insulin səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan proseslər kompleksidir. Bunlar son mərhələdə karbohidrat, lipid və purin mübadiləsinin pozulmasına, arterial hipertenziyanın yaranmasına səbəb olur. Həkimin fikrincə, bu, diabet üçün “başlanğıc düyməsidir”.

    “Ən əsas və ilk tetikleyici amil insulinrezistentlikdir. Bu vəziyyət qadınlarda bel çevrəsi 80 sm-dən, kişilərdə isə 94 sm-dən çox olduqda müəyyən edilir. Bəli, insulinrezistentliyi təyin etmək üçün insulin analizi verməyə, HOMA və CARO indekslərini hesablamaya ehtiyac yoxdur – sadəcə bel ölçüsünü və çəkini ölçüb bədən kütlə indeksini hesablamaq kifayətdir”, – deyə həkim izah edib.

    İnsulinrezistentlik – mədəaltı vəzinin qanda olan bütün qlükozanı toplayıb periferik toxumalara daşımaq üçün insulin istehsalını artırmağa çalışdığı vəziyyətdir. Orada qlükoza enerji kimi istifadə olunur və ya ehtiyat üçün saxlanılır.

    “Lakin dərialtı piy toxumasının, xüsusilə də visseral yağın çoxluğu müxtəlif iltihab yaradan molekullar ifraz edərək insulinə periferik toxumalardakı hüceyrələrə bağlanmağa və qlükozanı hüceyrənin içinə keçirməyə mane olur. Mədəaltı vəzinin ehtiyatları bir müddət yetərli olur, lakin çəki azaldılmadıqda və visseral yağ aradan qaldırılmadıqda bu ehtiyatlar tükənir. Əvvəlcə prediyabet yaranır, daha sonra isə bu vəziyyət rahatlıqla 2-ci tip şəkərli diabetə çevrilə bilər”, – deyə həkim qeyd edib.

    Bununla belə, mütəxəssis vurğulayıb ki, insulinrezistentlik səbəb deyil, artıq çəkinin nəticəsidir. Bu vəziyyət çəki azaltmağa mane olmur, lakin 2-ci tip diabetin yaranma riskini artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR