AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiyanın Ukrayna üçün sülh planında dəyişikliklər tələb edəcəyinə inanır — Kellogg

  • + A
  • - A
  • Bu gün, 11:37

    ABŞ Rusiyanın Ukrayna üçün sülh planında dəyişikliklər tələb edəcəyinə inanır — Kellogg

    ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogg Rusiya rəhbərliyinin Ukrayna üçün sülh planında bəzi düzəlişlər tələb etməsini gözləyir.

    "Düşünürəm ki, Rusiya sənəddə bəzi tələblər, bəzi dəyişikliklər edəcək", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.

    Təfərrüatları Qərb mediasına sızdırılan ABŞ sülh planına əsasən, ABŞ və digər ölkələr Rusiyanın Krım, Donbass və Ukraynanın güzəştə getməli olduğu digər ərazilər üzərində suverenliyini tanıyacaqlar. Bunun müqabilində Kiyevə ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri veriləcək. Ukrayna qoşunlarının çıxarılacağı ərazilərdə silahsızlaşdırılmış zona yaradılacaq. Ukrayna ordusunun sayı xeyli azaldılacaq və uzaq mənzilli silahlar ləğv ediləcək. Plan həmçinin Ukraynada xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulmasını və rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur. Bloomberg-in məlumatına görə, plan həmçinin Rusiya əleyhinə sanksiyaların ləğvini də nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR