AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP31 sammiti Türkiyədə keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 11:39

    COP31 sammiti Türkiyədə keçiriləcək

    Ankara COP31 iqlim sammitinin yeganə ev sahibi olacağını təsdiqlədi - əvvəllər Avstraliya sammitə ev sahibliyi etmək hüququndan imtina etmişdi.
    Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəflərinin növbəti konfransı - COP31 - yalnız Türkiyədə keçiriləcək.

    Onun sözlərinə görə, COP31-in yerini müəyyən etmək üçün yüzlərlə ikitərəfli görüş keçirilib, müxtəlif dövlətlərə onlarla səfər edilib, uzun günlər davam edən diplomatik danışıqlar təşkil edilib.

    Xatırladırıq ki, əvvəlcə Türkiyə Avstraliyaya tədbiri birlikdə təşkil etməyi təklif etmişdi, bu şərtlə ki, Kanberra yenə də bu ideyanı rədd etsə, Ankara sammiti təkbaşına keçirəcək. Nəticədə, Avstraliya tərəfi konfransda iştirak etməkdən imtina etdi və Türkiyə onun yeganə "ev sahibi" oldu. Tədbir 2026-cı ildə Antalyada keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR