Bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında millət vəkili Məşhur Məmmədovun seçicilərlə növbəti qəbul-görüşü keçirilib. Qəbul zamanı ümumilikdə 19 vətəndaşın müraciəti fərdi qaydada dinlənilib.
Vətəndaşların səsləndirdikləri məsələlərin operativ həllinə nail olmaq məqsədilə görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, eləcə də millət vəkilinin köməkçiləri iştirak edib. Müraciətlərin bir qismi elə yerindəcə həll olunub, digər məsələlərin araşdırılması və icrası üçün isə aidiyyəti üzrə müvafiq qurumlara istiqamətləndirilib.
Millət vəkili Məşhur Məmmədov bildirib ki, seçicilərə diqqət və qayğı göstərmək, onların problemlərinin həllinə dəstək olmaq və yerli qurumlarla koordinasiyalı şəkildə çalışmaq əsas prioritetlərdəndir. Deputat qeyd edib ki, bu cür qəbullar mütəmadi xarakter daşıyır və vətəndaşlarla açıq dialoqun təmin olunmasına xidmət edir.
Qəbullar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.