İspaniyada iki qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 45-ə çatıb.
Bu barədə "El País" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri hələ davam edir.
Daha əvvəl 43 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, yanvarın 18-də axşam İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən "Iryo" qatarı relsdən çıxaraq əks istiqamətdə hərəkət edən "Alvia" qatarı ilə toqquşub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.