Karate üzrə sabiq Avropa çempionumuz Niyazi Əliyev karantin qaydalarını pozub.
AzadMedia.Az-ın xəbərinə görə, 34 yaşlı keçmiş karateçinin açdığı “Instagram” canlı yayımı zamanı doğulduğu və yaşadığı Maştağa qəsəbəsindəki evində ustaları işlətdiyi aşkara çıxıb.
Qeyd edək ki, Niyazi Əliyev ikiqat Avropa çempionu, I Ümumdünya Döyüş Oyunlarının qalibi, dünya çempionatının, I Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.