AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB: Sərtləşdirilmiş xüsusi karantin rejimi uzadılacaq

  • + A
  • - A
  • 8-06-2020, 16:12

    TƏBİB: Sərtləşdirilmiş xüsusi karantin rejimi uzadılacaq


    Yumşaldılmaya keçilən bir məqamda koronavirusa yoluxma sayının artacağı heç kimə şübhə deyildi. Biz bunun da şahidi olduq. Əbəs yerə maarifləndirici olaraq deyilmirdi ki, sosial məsafəni qoruyun, maska taxın, gigiyenik qaydalara əməl edin.

    AzadMedia.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

    O, sərtləşdirilmiş xüsusi karantin rejiminin artırılma ehtimalının yüksək olduğunu bildirib:

    "Bilirdik ki, yumşaldılma olandan sonra insanların bir-biri ilə təması artacağına görə yoluxma saylarında da artma müşahidə olunacaqdı. Bu baxımdan biz önləyici tədbirlər olaraq insanlara davamlı olaraq xəbərdarlıq edirdik. Amma təəssüf ki, dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq insanlar bir az buna məhəl vermədilər.

    Bu səbəbdən də yoluxmanın sayında artma qaçılmaz oldu. Son günlər bu rəqəmlər sürətlə artdı. Hal-hazırda xəstəxanalarda çox sayda paytaxt və region xəstəxanalarında xəstələrin sayı əvvəlki günlərə nisbətən qat-qat artıb. Xəstə saylarının artmağı biz həkimlərə, tibb personalına çətindir, əlavə bir yükdür. Cənab Prezidentin zamanında qabaqlayıcı tədbirləri nəticəsində yeni modul tipli xəstəxananın, yeni klinikanın açılması, maska istehsal edən fabrikin açılması bizim maskaya olan tələbatımızın, eyni zamanda xəstə yükünün azaldılmasına hesablanmış bir addım oldu. Amma hazırda yoluxma kütləvi hal aldığına görə xəstələrin artması biz həkimlərin də iş yükünü artırır. Bu baxımdan da brifinq zamanı Operativ Qərargah məcbur oldu ki, müvəqqəti olaraq həftənin şənbə və bazar günləri fəaliyyəti tamamilə dayandırsın.

    Çünki hərəkəti tam məhdudlaşdırmaq qısa müddətli olsa belə, insanların təmasını önləmək məqsədilə xəstəliyin yoluxmasının qarşısını almaq məqsədi güdür. Bu addımı müsbət dəyərləndiririk. Ancaq yenə də gələcəkdə xəstə saylarının artması önümüzdəki günlərdə də müşahidə edilərsə, təbii ki, bu qısa müddətli sərtləşdirilmiş xüsusi karantin rejimindən uzun müddətli rejimə keçmək ehtimalı mümkündür”.

    İnfeksionist Prezident İlham Əliyevin Tərtər səfəri zamanı tibbi maskadan istifadəsinin cəmiyyət üçün çox əhəmiyyətli sosial mesaj olduğunu qeyd edib:

    "Vətəndaşlarımız fərdi məsuliyyəti dərk etmirlər, buna etinasız yanaşırlar. Ehtiyat tədbirlərini əldən verirlər. Heç kimə şübhə deyildi ki, bu cür qabaqlayıcı tədbirlər hesabına biz xəstəliyi kontrol altına almağımıza baxmayaraq, hazırda vətəndaşların fərdi məsuliyyəti ucbatından koronavirusa yoluxmada artım halları baş verir. Cənab Prezident Tərtər səfəri zamanı tibbi maskadan istifadə edirdi. Bu, əslində, bir sosial mesajdır. Prezident İlham Əliyev maska taxmaqla insanlara da maskanın nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışır. Maska taxmaqla biz xəstəlikdən bir növ qorunmağa çalışırıq və bir növ vətəndaş olaraq öz borcumuzu yerinə yetiririk. Maska taxmağın nə qədər önəmli olduğu cənab Prezidentin timsalında bütün vətəndaşlara bir örnəkdir. Biz bunu mütəxəssis olaraq dəfələrlə vurğulamağımıza baxmayaraq, insanlar virusun olmağına belə şübhə ilə yanaşırlar. Hazırkı vəziyyət bizim nə qədər haqlı olduğumuzu sübut edir. Ancaq artıq gecdir, xəstə sayı durmadan artır. Biz, sadəcə, bunu önləmək məqsədilə zamanında açıqlamalar verdik ki, insanlar bu vəziyyətə düşməsinlər. Çox təəssüflər ki, biz artıq o sərhədi keçdik. Hökümət, dövlət də məcburdur ki, sərt karantin rejiminə yenidən müraciət etsin. Əgər artma daha da kritik həddə çatarsa, sərtləşdirilmiş xüsusi karantin rejimiinə keçid qaçılmazdır. Kritik hədd deyərkən, xəstəxanalarda yerin olmaması, kadr çatışmazlığı, xəstə saylarında dramatik yüksəliş nəzərdə tutulur”. //Milli.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR