AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qadına “dovşan” deyən polis İŞDƏN ÇIXARILDI – VİDEO

  • + A
  • - A
  • 9-06-2020, 10:47

    Bakıda qadına “dovşan” deyən polis İŞDƏN ÇIXARILDI – VİDEO
    Daxili İşlər Nazirliyi yasamalda qadına qarşı kobud ifadə işlədən əməkdaş barədə məlumat yayıb.

    AzadMedia.az in xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib. Bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

    Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR