AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

  • + A
  • - A
  • 18-06-2020, 09:12

    Bu gün növbəti buraxılış imtahanları keçiriləcək


    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

    DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

    İmtahanların başlanılmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

    İmtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur.

    İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR