AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Nazir xəstəxanalarda çarpayıların sayının artırılması üçün tapşırıq verdi

  • + A
  • - A
  • 27-06-2020, 16:34

    Baş Nazir xəstəxanalarda çarpayıların sayının artırılması üçün tapşırıq verdi

    İyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.

    Azadmedia.az xəbər verir ki, bu barədə bu gün ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyətin müzakirəsi ilə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə bildirilib.

    Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.

    Baş Nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.

    Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR