Liviyada Rusiyanın "Pantsir" sistemi məhv edildi

Liviya Milli Razılıq Hökumətinin hərbi qüvvələri Cufra bölgəsində Rusiya istehsalı "Pantsir" havadan müdafiə sistemini məhv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Haskoloğlu məlumat yayıb.
“Türkiyənin dəstəklədiyi Liviya ordusu Cufrada dronlarla Rusiyanın havadan müdafiə sistemini məhv edib. Vatiyyə hərbi bazasını vuran təyyarələr Cufradan qalxmışdı”, - deyə jurnalist bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.