AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Büdcədə ÜDM azaldılır - RƏSMİ

  • + A
  • - A
  • 4-08-2020, 18:28

    Büdcədə ÜDM azaldılır - RƏSMİ

    2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması məqsədilə hazırlanmış müvafiq sənəd və məlumatlarda ümumi daxili məhsulun (ÜDM) cari il üçün göstəricisi konkret olaraq göstərilməyib.

    AzadMedia.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı hazırladığı rəydə yazılıb.

    Bildirilib ki, təqdim olunmuş izahatda büdcə gəlirlərinin ÜDM-ə nisbətinin 35,3 faiz olması qeyd edilib.

    “Aparılmış hesablamalar 2020-ci il üçün ÜDM-in nominal ifadədə 68 milyard 339 milyon 900 min manat nəzərdə tutulduğunu göstərir. Eyni zamanda, real ifadədə ÜDM-in 5 faiz azalacağı proqnozlaşdırılıb”.

    Beləliklə, ÜDM-in nominal ifadədə proqnozu 14 milyard 981 milyon 600 min manat, artım tempi isə səkkiz faiz bəndi azaldılıb. Əvvəlki proqnozda 3 faiz artım nəzərdə tutulmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR