AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhiyyə xərcləri artırılır - RƏY

  • + A
  • - A
  • 4-08-2020, 20:00

    Səhiyyə xərcləri artırılır - RƏY

    2020-ci ilin dövlət büdcəsində səhiyyə bölməsi üzrə xərclər dəyişdirilir.

    AzadMedia.Az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinə verdiyi rəydə yazılıb.

    Bildirilib ki, səhiyyə xərcləri 1 milyard 716 milyon 600 min manat manat məbləğində proqnozlaşdırılır.

    Bu da 2020-ci il üçün təsdiq olunmuş müvafiq göstəricidən 347.6 milyon manat və ya 25.4 faiz çoxdur.

    Bölmə üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisinin 1,2 faiz bəndi artırılaraq 6.2 faiz təşkil etməsi nəzərdə tutulur.

    Bölmə üzrə yenidən baxılma zamanı nəzərdə tutulmuş artım yenidən baxılmış dövlət büdcəsinin artırılması nəzərdə tutulmuş xərclərinin ümumi məbləğinin 33,9 faizini təşkil edir.

    “Səhiyyə” bölməsi üzrə “Səhiyyə sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsinin xərcləri 6.6 milyon manat və ya 70.4 faiz az, “Xəstəxanalar” və “Səhiyyə sahəsində proqramlar və digər xidmətlər” köməkçi bölmələri müvafiq olaraq 4.3 milyon manat, 351.3 milyon manat artımla nəzərdə tutulub.

    “Poliklinikalar və ambulatoriyalar” köməkçi bölməsi üzrə təsdiq edilmiş dövlət büdcəsində bir məqam nəzərdə tutulmayıb. Yenidən baxılma zamanı 1.2 milyon manat xərc proqnozlaşdırılıb.

    “Diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət” köməkçi bölməsi üzrə isə təsdiq edilmiş dövlət büdcəsində 2.6 milyon manat nəzərdə tutulsa da, yenidən baxılma zamanı müvafiq köməkçi bölmə dövlət büdcəsindən çıxarılıb.

    “Səhiyyə” bölməsinin inzibati təsnifat üzrə strukturunun təhlili göstərir ki, təsdiq edilmiş göstəricilərlə müqayisədə yenidən baxılma zamanı 10 istiqamət (9 qurum və büdcədənkənar xərclər) üzrə 4.5 milyon manat azalma, iki istiqamət (bir qurum və bir birdəfəlik təyinatlı xərc istiqaməti) üzrə 352.1 milyon manat artım nəzərdə tutulub.

    Dörd istiqamət (İki qurum, bir birdəfəlik təyinatlı xərc istiqaməti, publik hüquqi şəxslərə ayrılan vəsaitlər) üzrə proqnozlaşdırılmış məbləğlər sabit saxlanılıb.

    Rəydə yazılıb ki, yenidən baxılma zamanı “Səhiyyə sahəsi üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” adlı birdəfəlik təyinatlı xərc istiqaməti üzrə dəyişiklikdən sonra artırılan məbləğ nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR