Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
“Report” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 6 məsələ müzakirə olunub.
İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Parlamentin növbədənkənar sessiyası çərçivəsində 3 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları avqustun 5, 6 və 7-də keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.