Deputat Yasamalda aparılan dezinfeksiyadan yazdı
Deputat Elnur Allahverdiyev öz şəxsi facebook səhifəsində Yasamalda aparılan dezinfeksiya işlərindən yazıb və əməyi keçənlərə təşəkkür, insanlara virisdan qorunmağa çağırış edib. Deputatın statusunu təqdim edirik:
Bu gün seçicilərimizin təşəbbüsü ilə Mirzə Fətəli 164 və Cabbar Qaryağdıoğlu 67 ünvanlarındakı çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya tədbirlərini Yasamal Rayon İcra Hakimiyyəti gerçəkləşdirib. Dostlar, koronavirusa yoluxanların sayında azalmanın müşahidə olunması bizi arxayınlaşdırmamalı, ehtiyatı əldən verməməliyik.
Təşəbbüs göstərən sakinlərimizə də, Yasamal İH-ə də təşəkkür edirik!
Gücümüz birliyimizdədir!